AZ

Lavrovun bəyanatı ABŞ–Rusiya danışıqlarını dalana dirədi – Bloomberg

ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüsləri hələ ilkin mərhələdə ciddi maneələrlə üzləşib. Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, ABŞ, Ukrayna və Avropa rəsmiləri müharibədən sonra Kiyevə təhlükəsizlik zəmanətləri verilməsi istiqamətində danışıqlara başlayıblar. Ağ Evin nümayəndələri qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər – kollektiv müdafiə öhdəliyi tipli zəmanət verməyə hazır olduğunu bildirib.

Bununla belə, nəşr yazır ki, Putin Alyaskada ABŞ prezidenti Donald Trampla görüşü zamanı bu öhdəliyi açıq şəkildə təsdiqləməyib.

Mənbənin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları isə tərəflər arasında razılaşma perspektivini daha da çətinləşdirib və danışıqları demək olar ki, pozub.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr