Cənubi Amerika Kubokunda "Independiente" 1/8 finalın cavab oyununda "Universidad de Chile"ni qəbul edib. İlk görüş çilililərin 1:0 hesablı qələbəsi ilə bitmişdi.
Sportal.az xəbər verir ki, ikinci hissənin əvvəlində tribunada komandaların azarkeşləri arasında qarşıdurma baş verib. Gərginlik qonaq fanatların meydan sahiblərinin bayrağını çıxarmasından sonra başlayıb. Çilili fanatlar çubuq, daş, oturacaq atıb, həmçinin sınmış unitaz, nəcis və işıqsaçan qumbaradan istifadə ediblər. Oyun dayandırılıb və bildirilib ki, yalnız "Universidad" azarkeşləri stadionu könüllü tərk etdikdən sonra bərpa olunacaq.
Lakin qonaq fanatlar çıxmağa başladıqda, meydan sahiblərinin azarkeşləri tribunada qalanlara hücum ediblər - bir neçəsi bıçaqlanıb, bir nəfər hündürlükdən yıxılıb. Bundan sonra polis hadisəyə müdaxilə edib. Məlumatlara görə, təxminən 10 nəfər xəsarət alıb, 300-dən çox qayda pozanı saxlanılıb.
Çilinin Argentinadakı səfiri Xose Antonio Viyera-Qallonun bildirdiyinə görə, 97 nəfər saxlanılıb, onların arasında üç qadın və beş azyaşlı var. Hazırda adların dəqiq yoxlanılması aparılır, stadionda baş verənləri prokuror araşdırır.
Bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Hündürlükdən yıxılan azarkeşin həyatı üçün təhlükə yoxdur. Beş nəfər hospitala yerləşdirilib, onlardan biri odlu silah yaralanması səbəbindən ağır vəziyyətdədir.
saytlarin hazirlanmasi