AZ

La Liqa klubu rekord transferə hazırlaşır

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Çelsi”nin futbolçusu Renato Veyqa karyeasını İspaniyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Vilarreal” klubu yarımmüdafiəçi üçün “zadəganlar”la anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

La Liqa təmsilçisi Renato üçün 29,5 milyon avro qarşılığında razılıq əldə edib. Keçid rəsmiləşsə, bu, “Vilyarreal” tarixinin ən bahalı transferi olacaq.

22 yaşlı futbolçu ötən mövsümün ikinci dövrəsində “Yuventus”da icarədə olub. O, A Seriyasında 13 oyunda 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
futbolpress.az

1Mənbələr