AZ

Çindən Azərbaycana elektromobil ixracı azalıb

Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 11,2 milyon ABŞ dolları dəyərində 415 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri ixrac edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35,5 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 798 ədəd və ya 2,9 dəfə azdır.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 31,6 milyon ABŞ dolları dəyərində təqribən 929 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri ixrac edilmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana 14 ölkədən 62,2 milyon ABŞ dolları dəyərində 1505 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 30,6 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 576 ədəd və yaxud 1,6 dəfə azdır.

Seçilən
3
2
bakivaxti.az

3Mənbələr