AZ

SSRİ-nin ən qanlı manyakının oğlu Çikatilo döyüşlərdə öldürülüb

SSRİ-nin ən dəhşətli manyakı Andrey Çikatilonun oğlu Yuri Rusiya ordusu ilə Xarkov vilayətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) sıralarında həlak olub.

Far.Az xəbər verir ki, indi Ukrayna manyakın oğlunu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif etməyi planlaşdırır.

SHOT-un məlumatına görə, seriyalı qatil Andrey Çikatilonun oğlu 8 ay əvvəl USQ-nun artilleriya bölməsində döyüşərkən itkin düşmüşdü. Xarkovdan 20 km aralıda onun bölməsi Rusiya Silahlı Qüvvələrinin güclü artilleriya atəşinə düşüb. Yuri Çikatilo əvvəlcə itkin düşənlər siyahısına salınıb, indi isə "igidliklə həlak olub" kimi tanınıb. Onun ölümündən sonra "İgidliyə görə" II dərəcəli ordenlə təltif ediləcəyi bildirilir.

Yuri Çikatilo xüsusi hərbi əməliyyatın əvvəlində USQ-yə qoşulmuşdu. Rusiyada son həbs cəzasını çəkdikdən sonra Xarkova köçüb və həyat yoldaşının qızlıq soyadını götürərək Miroşniçenko familiyası ilə yaşamışdı. O, cəbhəyə daha çox qanunla bağlı problemlərinə görə getmişdi – Ukraynada aliment, kredit və yol cərimələri üzrə böyük borclarına görə məhkəmə icraçıları və DİN tərəfindən axtarılırdı.

Onun atası Andrey Çikatilo 53 qətl törətmiş və 14 fevral 1994-cü ildə edam edilmişdi.

Seçilən
0
1
far.az

2Mənbələr