Vaşinqton, 21 avqust, AZƏRTAC
Avqustun 22-də ABŞ Dövlət katibi Marko Rubio Ukraynanın gələcək təhlükəsizlik təminatlarında rol oynaması gözlənilən Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə telefon vasitəsilə konfrans keçirəcək.
AZƏRTAC-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə yüksək səviyyəli ABŞ rəsmisi bildirib.
Marko Rubio ilə danışıqlarda hansı ölkələrin təmsil olunacağı açıqlanmayıb.
Qeyd edək ki, Kiyevin sülh sazişini imzalamaq üçün şərtlərindən biri yaxın illərdə Rusiyanı növbəti işğaldan çəkindirmək üçün Qərbdən hərbi dəstək təminatı almaqdır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton