Masallıda Viləşçay su anbarında itkin kimi axtarılan 67 yaşlı kişinin meyiti tapılıb.
“Ölkə.az” xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində tapılan Mirmusa Aslanovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ötən gün axşam tərəfi mal-qarasının dalınca evdən çıxan M. Aslanovdan dünəndən heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyimi, əşyaları su anbarının yanında tapılmışdı.