Bakı. Trend:
Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəkiəkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindənmüəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarlayanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyiməlum olub.
Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kosyanıb.
Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbirigörülüb.