AZ

Cəlilabad şəhərinin 10 küçəsində asfaltlanma işləri aparılır

Cəlilabad rayonunda asfalt örtüyü olmayan, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan küçələrdə asfaltlanma işləri davam etdirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonda təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri aparılır.

Hazırda şəhid Məhərrəm Hüseynov, şəhid Əliyev Camal, şəhid Vüqar Mürsəlov, Kərim Kərimov, Səməd Vurğun, Əlixan Rəhimov, Vüqar Niftullayev, Nazim Hikmət, Məlik Quliyev və Dədə Qorqud küçələrində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanılıb.

Seçilən
0
34
report.az

10Mənbələr