AZ

Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapıldı

Masallıda Viləşçay su anbarında itkin kimi axtarılan 67 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində tapılan Mirmusa Aslanovun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün axşam tərəfi mal-qarasının dalınca evdən çıxan M. Aslanovdan dünəndən heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyimi, əşyaları su anbarının yanında tapılmışdı.

Surxay Şahbazov

Seçilən
30
3
qafqazinfo.az

4Mənbələr