BAKI, 21 avqust. TELEQRAF
Arxeoloqlar Şimali Osetiyadakı Mamison kurortu ərazisində 150-dək qədim məzar aşkar ediblər.
Teleqraf xəbər verir ki, araşdırmalar Rusiya Elmlər Akademiyasının İskit-Alan Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilib.
Tapıntılar arasında Bizans dövrünə aid xəzinə, Abbasilər dövrünə aid (8-ci əsrin sonu - IX əsrin əvvəllərinə) gümüş ərəb dirhəmi aşkarlanıb.
Qazıntılar zamanı xristianlıqdan əvvəl, Bizans ənənələrinin mədəni irsini əks etdirən qrifin təsvirləri olan medalyonlar da tapılıb.