AZ

1275-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1275-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 78 728 PUA-sı, 625 zenit-raket kompleksi, 24 697 tank və digər zirehli texnikası, 1 588 reaktiv yaylım atəş sistemi, 28 772 artilleriya və minaatanı, 40 095 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
2
49
axar.az

10Mənbələr