Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 11,2 milyon ABŞdolları dəyərində 415 ədəd yalnız elektrik mühərriki ilə hərəkətəgətirilən nəqliyyat vasitələri ixrac edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 35,5 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcmbaxımından isə 798 ədəd və ya 2,9 dəfə azdır.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Çindən Azərbaycana31,6 milyon ABŞ dolları dəyərində təqribən 929 ədəd yalnız elektrikmühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri ixracedilmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana 14 ölkədən62,2 milyon ABŞ dolları dəyərində 1505 ədəd yalnız elektrikmühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində30,6 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 576 ədədvə yaxud 1,6 dəfə azdır.