Hurriyyet.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu telefonla danışıblar.
Qrioryan Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaları təqdim edərək bölgədə bütün ölkələrin maraqlarına cavab verən sülhün bərqərar olduğunu bəyan edib. O, yolların açılmasının və yeni iqtisadi imkanların əhəmiyyətini də qeyd edib.
Şoyqu da öz növbəsində Alyaskada Rusiya və ABŞ prezidentlərinin görüşünün nəticələrindən danışıb. Tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyindəki məsələləri də müzakirə ediblər.
Hürr Tərcüman