AZ

Qalstanyanın həbs müddəti uzadıldı

İrəvan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini 3 ay uzadıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

Hakim Karen Farxoyan hesab edir ki, arxiyepiskop tərəfindən cinayət törədilməsi riski yüksək olaraq qalır. 

Xatırladaq ki, iyunda İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Baqrat Qalstanyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Arxiyepiskop və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Qafqazinfo.az

Seçilən
8
2
hurriyyet.az

3Mənbələr