AZ

"Neftçi" kapitanı ilə müqaviləni yenilədi

“Neftçi” kapitan Amil Həmzəyevlə müqaviləni yeniləyib və daha üç yerli basketbolçunu heyətinə qatıb

Ölkəmizi FİBA Avropa Kubokunun qrup mərhələsində təmsil edəcək “Neftçi” həm komandanın, həm də Azərbaycan millisinin kapitanı olan Amil Həmzəyevlə müqaviləni daha bir mövsüm uzadıb.
Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev komandanın heyətinə cəlb olunub.
Qeyd edək ki, Əkbər Məmmədov Azərbaycan millisinin üzvüdür, son klubu NTD olub.
Fikrət Ələkbərov 20 yaşlılardan ibarət yığma komandada çıxış edib. O, son mövsümü “Quba”da keçirib.
Ağa Ağayev isə 16 yaşlılardan ibarət milli komandamızın üzvüdür.

Seçilən
28
5
teleqraf.com

9Mənbələr