Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Peter Siyarto: “Avropa liderləri növbəti dəfə Putin və Trampın başlatdıqları sülh prosesini pozmağa cəhd edə bilərlər”
“Avropa liderləri Rusiya və Ukrayna arasında sülh sazişini yenidən iflasa uğrada bilərlər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto “YouTube”da “Döyüşçülər saatı” proqramında deyib.
"2022-ci ilin yazında İstanbulda aparılan danışıqları yada salaq. Rusiya və Ukrayna tərəfləri saziş bağlamağa yaxın idilər. Onların mətni var idi, onu imzalamağa çox yaxın idilər. Və həmin anda müharibəni davam etdirməkdə qərarlı olan Avropa liderləri Ukrayna lideri Volodimir Zelenskiyə müqaviləni imzalamağı praktiki olaraq qadağan etdilər", - deyə XİN rəhbəri bildirib.
Siyarto əlavə edib ki, “münaqişənin davam etdirilməsini dəstəkləyən Avropa liderləri növbəti dəfə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada başlatdıqları sülh prosesini pozmağa cəhd edə bilərlər”.
Diplomat razılaşmanın əleyhdarlarının öz planlarını həyata keçirə bilməyəcəyinə ümid etdiyini söyləyib. O vurğulayıb ki, Ukrayna üzrə sülh sazişi bütün dünyanın maraqlarına cavab verir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.