AZ

Rusiyanın İsveçdəki ticarət nümayəndəliyinə dron hücumu olub

Rusiyanın İsveçdəki ticarət nümayəndəliyinə pilotsuz təyyarə ilə yenidən hücum edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya səfirliyi öz Telegram kanalında məlumat yayıb.

"2025-ci il avqustun 21-nə keçən gecə Rusiyanın bu ölkədəki diplomatik missiyasının tərkib hissəsi olan İsveçdəki Rusiya ticarət nümayəndəliyinə yenidən pilotsuz uçan aparatla hücum edilib və oradan bir çanta boya atılıb. Əvvəlki belə hücumlar 2025-ci il iyunun 17-də və iyulun 5-də baş verib".

Qeyd edək ki, bu cür hücumlar sırf simvolik səciyyə daşıyır. Hücum edənlərin kimliyi hələlik bəlli olmasa da, məqsədlərinin səfirlik işçilərinə zərər vermək yox, Rusiyanın Ukraynaya qarşı aqressiyasına etiraz etmək olduğu ehtimal olunur.

Musavat.com

Seçilən
28
hurriyyet.az

1Mənbələr