AZ

Dünya çempionatı: Ayxan Cavadov yarımfinalda

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün Azərbaycan millisinin daha 3 idmançısı xalçaya çıxıb.

Onlardan biri yarımfinala yüksəlib.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi
6️0️ kq

Ayxan Cavadov misirli Ahmed Şabana və polşalı Qrasyan Jeduta 9:0 hesabıyla qalib gəldikdən sonra türkiyəli Ömər Altaşı üstələyib - 8:3. Güləşçimiz yarımfinalda gürcüstanlı Vaxtanq Lolua ilə qarşılaşacaq.

8️2️ kq
Elmin Əliyev ukraynalı Kirilo Şnirova 11:4 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Avropa və dünya çempionu Mixail Şkarinə (UWW) 0:8 hesabıyla məğlub olub.

Qadın güləşi
7️2️ kq

Zəhra Kərimzadə 1/8 finalda çinli Yuqi Liuya 0:10 hesabıyla uduzub.

Yarımfinallar Bakı vaxtı ilə 18:00-da, medallar uğrunda qarşılaşmalar isə 19:00-da başlayacaq.

İdman.biz

Məqalədə:
Seçilən
51
1
idman.biz

2Mənbələr