Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Beyləqan, 21 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən Beyləqan şəhərində əmək yarmarkası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd Mil-Muğan regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisasyönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Yarmarkaya 17 müəssisə tərəfindən ümumilikdə 117 boş iş yerləri təqdim edilib. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 400-1300 manat arasında olub.
Yarmarkada iştirak edən vətəndaşlar, eyni zamanda, Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə hazırlığı istiqamətində də məlumatlandırılıb.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.