AZ

Zelenski: “Moskvada heç bir görüş ola bilməz”

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna lideri Moskvada Putin və Trampla üçtərəfli görüşdən imtina edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla Moskvada üçtərəfli görüş keçirməyə razı olmayacağını bildirib.

AYNA.AZ “RBC-Ukrayna”ya istinadən bildirir ki, jurnalistlərlə görüşdə Zelenski belə görüş üçün mümkün yerlər arasında Avstriya, İsveçrə və ya Türkiyəni göstərib.

“Moskvada heç bir görüş ola bilməz”, - deyə Zelenski bildirib.

"Məkan kimi Budapeştə gəlincə, mənə elə gəlir ki, bu gün asan deyil. Düzünü desəm, Budapeşt bizi dəstəkləmədi", o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
ayna.az

1Mənbələr