AZ

Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi

Ukrayna Rusiya ilə münaqişənin həllinə dair danışıqlar çərçivəsində rus dilinə dövlət dili statusu verməyəcək.

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Vladimir Zelenski deyib.

"Bizim bir dövlət dilimiz var - ukraynaca. Ruslar istədiklərini deyə bilərlər. İnanıram ki, onlar danışıqlar prosesini çətinləşdirmək üçün belə ultimatumlar verirlər"
, - deyə Zelenski Rusiyanın tələbləri ilə bağlı sualı cavablandırıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya lideri Vladimir Putinin ABŞ prezidenti Donald Trampdan Ukraynada rus dilinin rəsmi dil kimi tanınmasına təminat verilməsi, eləcə də pravoslav kilsələrinin mühafizəsinin təmin edilməsi şərtini tələb etdiyi bildirilirdi.

Xəbər 2 dəfə oxunub.
Seçilən
19
xezernews.az

1Mənbələr