“Bilmirəm, Aynişan kimdir, nə satır. Bunların heç birindən xəbərim yoxdur. Tutaq ki, o satır, amma alan insanlar da düşünməlidir ki, almaq olmaz. Adama deyərlər ki, mən dəliyəm, edirəm, sənə nə gəlib bəs? İnsanın özünün ağlı olmalıdır”.
Bizim.Media xəbər verir ki, Bu sözləri " yenisabah.az"a həkim-kosmetoloq Sahilə Əbdürrəhmanova deyib.
Onun sözlərinə görə, adi vətəndaş belə bilməlidir ki, "ikinci əl" kosmetikalardan istifadə təhlükəlidir:
“Bütün bunları bilmək üçün nə həkim, nə də kosmetoloq olmaq lazımdır. Adi vətəndaş da bilməlidir ki, elə xəstəliklər var, təmas vasitəsilə insandan insana yoluxur. Əgər həmin insanda herpes virusu varsa, dodaqda çat nəticəsində qanama baş verirsə, deməli həmin ərazidə virus aktivləşir. Dodaq boyasından istifadə etdikdə isə həmin virus avtomatik olaraq boyaya keçir.
Bununla da digər insanlarda yoluxma halları baş verir.
Başqa bir misal: əgər dəridə gənə xəstəliyi, səpkilər və ya çopurlar varsa, kirşan və ya krem çəkərkən istifadə olunan kist vasitəsilə bu da yayıla bilər. Bu, qətiyyən düzgün deyil. İstifadə edən insanlar bütün bu riskləri nəzərə almalıdırlar. Bunları bilmək üçün xüsusi istedad lazım deyil”.
Sahilə Əbdürrəhmanova bildirib ki, məşhur testerlər belə təhlükəlidir:
“Sözün düzü, mən bu paylaşımları görməmişəm. Bilmirəm, Aynişan kimdir, nə satır. Bunların heç birindən xəbərim yoxdur. Amma bunun düzgün olmadığından əminəm. Adi kosmetik mağazalarda qoyulan testerlər belə güvənli deyil. Biri gözünə vurur, biri dodağına sürtür. Bilinmir ki, kimdə hansı virus və ya infeksiya var. Aynişan xanıma gəldikdə isə, nə vacibdir axı? Tutaq ki, o satır, amma insanlar da düşünməlidir ki, almaq olmaz. Adama deyərlər ki, mən dəliyəm, edirəm, sənə nə gəlib bəs? İnsanın özünün ağlı olmalıdır”.
Ekspertin sözlərinə görə, gigiyenik məhsulların ikinci əl satışı qətiyyən doğru deyil:
“Ümumiyyətlə, gigiyenik olan heç bir məhsulun ikinci əl satışı düzgün deyil. Geyimləri hardasa başa düşmək olar, amma kosmetikanı yox. Bu hal yolverilməzdir. Bir evdə yaşayan iki bacı belə bir-birlərinin gigiyenik vasitələrindən istifadə etməməlidirlər. Elə xəstəliklər var ki, dezinfeksiya olunsa belə, həmin viruslar əşyaların üzərində qalır və yaşamağa davam edir. Hər kəs öz məhsulundan istifadə etsə, daha məqsədəuyğun olar”.
Xatırladaq ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva sosial şəbəkədə işlənmiş kosmetik məhsullarını “ikinci əl” adı ilə satışa çıxarıb. Daha da təəccüblüsü odur ki, Aynişan Quliyeva dəfələrlə izləyicilərinə dodaq herpesindən əziyyət çəkdiyini açıqlayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta