ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
“Radikal müxalifət nə təhsil, nə təcrübə, nə də başqa nə iləsə seçilməyən uşaqların əlindədir”
“Bu gün radikal müxalifət son dərəcə zəifləyib və buna görə də öz qərarlarının öhdəsindən gələ bilmir”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, Gürcüstanda müxalifət partiyaları zəiflik və uyğunsuzluq nümayiş etdirir: “Hətta Tiflis meri vəzifəsinə vahid namizədin razılaşdırılmış şəkildə irəli sürülməsinə baxmayaraq, ziddiyyətlər yaranıb. “Gürcüstan naminə Qaxariya” və “Lelo – Güclü Gürcüstan” müxalifət partiyaları Tiflis meri postuna vahid namizəd kimi İrakli Kupradzeni irəli sürüb. Bundan əvvəl oktyabrın 4-nə təyin edilmiş seçkilərlə bağlı əməkdaşlıq memorandumu imzalayan hər iki partiya vahid namizədin heç bir partiyadan olmayan şəxsin olacağını bəyan etmişdi. Amma Kupradze “Lelo”nun baş katibidir. Bütün bunlar uyğunsuzluqdan xəbər verir. Bu, şübhəsiz ki, zəifliyin nəticəsidir. Bu gün radikal müxalifət hədsiz dərəcədə zəifləyib və buna görə də onlar qərar verə bilmirlər. Onlar bir söz deyir, sonra başqa, sonra başqa bir şey edirlər".
Konkret namizədin irəli sürülməsinə gəlincə, Gürcüstan hökuməti başçısının fikrincə, bu, həm də zəiflik əlamətidir: "Əslində görürsünüz ki, radikal müxalifət nə təhsil, nə təcrübə, nə də başqa nə iləsə seçilməyən uşaqların əlindədir”.
Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər ölkədə ən böyük seçkidir və bu seçkilər zamanı bütün şəhər və rayonların sakinləri öz yerli rəhbərliyini seçirlər. Bütün rayon məşvərət orqanlarına (sakrebulo) proporsional seçkilər üçün həddi 4 faiz təşkil edir. Mer seçkilərində qalib gəlmək üçün seçicilərin yarıdan çoxunun səsini almaq lazımdır. Yerli idarəetmə orqanlarına seçkilər parlament seçkilərindən onunla fərqlənir ki, nəticələr hər bir rayonda ayrıca yekunlaşdırılır və rayondan rayona görə fərqlənə bilər.
Qarşıdan gələn seçkilər bəzi müxalifət partiyalarının boykot etməsi fonunda keçiriləcək. Bu günə qədər Azadlıq Meydanı, Xalq Naminə, Avropa Gürcüstanı, Vahid Milli Hərəkat, “Strategiya Agmaşenebeli”, Axali, “Girchi – More Freedom”, “Droa” və “Federalistlər” təşkilatları seçkilərdə iştirakdan imtina ediblər.
İştirak etməkdən imtina edən partiyaların əksəriyyəti parlament seçkilərinin nəticələrini hələ də tanımadıqları üçün qeyri-legitim adlandırdıqları “hakimiyyət oyunlarına” getməyəcəklərini bildirirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.