Azərbaycanda internet problemi yaşanıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Bakıda internet problemi yaşanır
Bizim.Media xəbər verir ki, saat 14.30 radələrində başlayan problem 1 saata yaxın davam edib.
Bu müddət ərzində həm provayderlər, həm də "Azercell" mobil operatoru vasitəsilə internetdən istifadə etmək mümkün olmayıb.
Üstəlik, internetin olmaması səbəbindən nağdsız ödənişlərdə və ödəmə terminallarında çətinliklər müşahidə edilib.
Artıq problem aradan qaldırılıb və internetdən istifadə etmək mümkündür.
Problemin hansı səbəbdən meydana çıxması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bizim.Media