AZ

V. Zelenski: “Bizim bir dövlət dilimiz var - ukrayna dili” 

Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində rus dilinə dövlət dili statusu vermək niyyətində deyil. Bu barədə jurnalistlərlə görüşündə Volodimir Zelenski bildirib.

RBC-Ukrayna portalının xəbərinə görə, prezident müvafiq sualı cavablandırarkən deyib: “Bizim bir dövlət dilimiz var - ukrayna dili. Ruslar nə istəsə deyə bilər. Hesab edirəm ki, onlar danışıqlar prosesini çətinləşdirmək üçün belə ultimatumlar qoyurlar”.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Zelenski Rusiya ilə danışıqlar masası arxasına oturmazdan əvvəl ilk növbədə Ukraynada rusdilli əhalinin hüquqlarını “ayrıseçkiliyə məruz qoyan  və sözün əsl mənasında məhv edən  qanunları” ləğv etməlidir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr