"Barselona" klubu qapıçısı İnyaqi Penya ilə müqaviləsini daha bir il uzadıb.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, kataloniyalılar və 26 yaşlı qolkiper arasındakı yeni müqavilə 2027-ci ilin ortalarına qədər qüvvədə olacaq və bundan sonra futbolçu kirayəyə veriləcək.
Penya ilə maraqlanan klublar arasında "Komo", "Selta", "Qalatasaray" və "Jirona" var. Lakin hər bir klub Penyanın transferi üçün əvvəlcə heyətində yer açmalıdır.
İnyaqi Peñya hazırda "Barselona"nın 4-cü qapıçısıdır. "Barselona"nın baş qapıçısı Mark-Andrè ter Ştegen yaxınlarda belindəki problemlər səbəbindən əməliyyat keçirib və bərpa prosesinə başlayıb. Bundan əlavə, Voytsex Şeşni hələ də komandaya qeydiyyatdan keçməyib.