"Neftçi" klubunda 2 futbolçu əvəzedici komandaya göndərilib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.

Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.