AZ

Azərbaycanın karate millisi III MDB oyunlarına Türkiyədə hazırlaşacaq

III MDB oyunlarına hazırlıq məqsədilə idman karatesi (WKF) üzrə Azərbaycan milli komandası Türkiyəyə yola düşüb.

Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Yığmamız avqustun 21-dən 24-dək İstanbul şəhərində təşkil olunacaq “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında gücünü sınayacaq. Ardınca isə avqustun 25-dən 31-dək “Gənclik Kampı” təlim-məşq toplanışlarında iştirak edəcək.

Milli komanda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq.

Seçilən
4
2
report.az

3Mənbələr