AFFA İntizam Komitəsi "Qəbələ"ni cərimələyib.
Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının rəsmi saytı yayıb.
Misli Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Qeyd edək ki, mövsümün açılış qarşılaşması 1:1 hesablı bərabərliklə yekunlaşıb.