AZ

"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb, maaşını artırmağı düşünür

İspaniya təmsilçisi "Barselona" yarımmüdafiəçisi Frenki de Yonqun maaşını artıraraq müqaviləsini uzatmağı düşünür.

"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar niderlandlı yarımmüdafiəçi ilə yeni müqavilənin detallarını hazırlayırlar.

Bu yaxınlarda yeni agentlə anlaşan 28 yaşlı futbolçunun maaşının illik 9 milyon avroya qədər artırılması müzakirə olunur.

Futbolçunun sözləşmə müddətinin isə 2028-ci ilə qədər uzadılması gözlənilir. Onun hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Frenki de Yonq ötən mövsüm 46 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
11
11
report.az

10Mənbələr