AZ

Ukraynanın əsas yükünü Avropa götürməlidir Vens

Axar.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı gələcək sazişdə böyük maliyyə öhdəliklərini Avropa ölkələri götürməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Düşünmürəm ki, bu yükü biz daşımalıyıq. Prezident açıq şəkildə bildirir ki, yükün böyük hissəsini avropalılar daşımalı olacaq. Bu, onların qitəsidir, onların təhlükəsizliyidir və onlar bu məsələdə addım atmalıdırlar”, - Vens bildirib.

Qeyd edək ki, Ağ Ev Kiyevin müdafiəsini maliyyələşdirmək üçün “boş qəbzlər” yazmağa davam etməyəcəyini bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
axar.az

3Mənbələr