Hurriyyet.az xəbər verir ki, Rusiya Ukraynada ABŞ şirkətlərindən birinin müəssisəsinə zərbə vurub.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu barədə məlumat verib.
Rusiya qüvvələrinin atdığı raketin hədəfi Zakarpatyedə elektronika məhsullarını istehsal edən şirkət olub.
Nazir X şəbəkəsindəki səhifəsində yazıb: "Raketlərdən biri ölkəmizin qərb bölgəsində Amerikanın böyük elektronika istehsalçısına dəyib, ciddi dağıntılara və tələfatlara səbəb olub. Həmin müəssisə tamamilə mülki hədəfdir, hərbi obyektlərlə ilə heç bir əlaqəsi yoxdur. Bu, heç bir hərbi məntiqə sığmır, buna heç bir zərurət yaranmamışdı, sadəcə olaraq ölkəmizdə insanlara, biznesə və normal həyata qarşı terrordur”.
Nazir qeyd edib ki, bu, Rusiyanın Ukraynadakı Amerika müəssisəsinə ilk hücumu deyil. İlin əvvəlində Kiyevdəki "Boeing" ofislərinə zərbələr endirilmişdi.
Hürr Tərcüman