AZ

Gəncədə tikinti konstruksiyası aşıb - Xəsarət alanlar var

GƏNCƏ, 21 avqust. TELEQRAF

Gəncədə tikinti-bərpa aparılan ərazi yaxınlığında quraşdırılan dəmir konstruksiyasının aşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Binaların üzlüyünün yenilənməsi zamanı qurulan dəmir konstruksiya aşıb. Hadisə ilə bağlı araşdırma başlanılıb. İlkin ehtimala görə, həmin şəxslər ərazidən keçirlərmiş.

Seçilən
32
teleqraf.com

1Mənbələr