Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının I turunda "Karvan-Yevlax"a qarşı oyunda "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cərimələnib.
Əvəzedicilər liqasının I turunda isə 4 klub cəzalandırılıb. "Zirə-2"nin oyunçusu Murad Ələkbəraov "Neftçi"yə qarşı oyununun 90+4-cü dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunu buraxacaq, klub isə 300 manat cərimə ödəməli olacaq. Həmin oyunda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat məbləğində cərimələnib.
“Şamaxı-2” ilə oyununun 51-ci dəqiqəsində “Qarabağ-2”nin futbolçusu Cavid Məlikov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qarabağ-2” komandası isə 100 manat cərimələnib.
“Qəbələ-2” – “Kəpəz-2” oyununda hakim-inspektor matçın videoyazısı ilə təmin edilmədiyinə görə meydan sahiblərinə 100 manat cəza kəsilib.