ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 21 avqust, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası yeni futbolçu transfer edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabrirtsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi İngiltərənin “Vest Hem” komandası ilə Edson Alvaresin icarəyə götürülməsi üçün razılığa gəlib.
O, qarşıdakı mövsümdə “Fənərbağça”nın şərəfini qoruyacaq. Türkiyə nəhəngi müqavilədə göstərilən təzminat məbləğini ödəyərək, futbolçunu birdəfəlik transfer etmək hüququna sahib olacaq.
27 yaşlı oyunçu tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün bu gün İstanbula gələcək.
Qeyd edək ki, Meksika millisinin yarımmüdafiəçisi “Vest Hem”ə 2023-cü ildə Niderlandın “Ayaks” klubundan keçib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.