AZ

Ezel in Ramiz dayı sı saxlanıldı: Restoran basıb, xərac istəyib iddiası (VİDEO)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İstanbulun Beyoğlu rayonunda "Ezel" serialında Ramiz dayının gəncliyini canlandıran aktyor Ufuk Bayraktarın saxlanılması barədə məlumat yayılıb. İddialara görə, o, ötən həftə beş nəfərlə birlikdə bir restorana daxil olaraq, "Buraya çökəcəyik, sizi qoruyacağıq, hər həftə 25 min TL verəcəksiniz" deyə restoran sahibindən pul tələb edib.

Qaynarinfo-nun türk mediasına istinadən verdiyi xəbərə görə, tələb qəbul olunmadıqda, Bayraktar ertəsi gün eyni restorana yenidən gedib və bu dəfə istədiyi məbləği 10 min TL-yə endirib. İkinci gəlişi zamanı restoran işçiləri polisə məlumat veriblər. Əməliyyat zamanı Ufuk Bayraktar saxlanılıb və hazırda polis bölməsində istintaq prosedurları davam etdirilir.

Hadisə ilə bağlı yayılan görüntülərdə Bayraktarın restoran sahibini "Səni vuracağam" deyə hədələdiyi də əks olunub.

Bayraktar kimdir?

Ufuk Bayraktar 12 sentyabr 1981-ci ildə İstanbulda doğulub. Cihangirdə ailəsinə məxsus "Firuzağa" qəhvəxanasında işləyərkən rejissor Zeki Demirkubuz tərəfindən kəşf olunub. Kino karyerasına "Bekleme Odası" və "Kader" filmləri ilə başlayıb. Daha sonra "İklimler", "Yumurta", "Ali’nin Sekiz Günü" və "Ezel" serialında Ramiz dayının gəncliyini canlandırmaqla tanınıb. O, həmçinin "Dağ", "Dağ II" və "Vatanım Sensin" kimi layihələrdə də iştirak edib.

Keçmiş cinayət hadisələri

Bayraktar 2007-ci ildə baş vermiş hadisəyə görə 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə isə bir qadına şüşə ataraq xəsarət yetirmək və bir gəncə hücum etmək səbəbindən saxlanılmışdı.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
qaynarinfo.az

4Mənbələr