AZ

Azərbaycanda uşaqlar arasında vərəm - Hansı yaş qrupları daha çox yoluxur?

Ölkədə uşaqlar arasında vərəm xəstəliyinə yoluxma halları yaş qruplarına görə fərqlənir.

Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Qeyd olunub ki, 0–13 yaşlı uşaqlar arasında 2007-ci ildə 175 nəfərdə vərəm aşkarlanıbsa, sonrakı illərdə bu rəqəm dəyişkən olub. 2024-cü ildə 115 nəfər təşkil edib. 14–17 yaşlı yeniyetmələr arasında 2007-ci ildə 223 nəfərdə vərəm qeydə alınmış, 2012-ci ildə artaraq 302 nəfərə çatmış, 2024-cü ildə isə 160 nəfər olub. 

Statistik göstəricilərə görə hər 100 min nəfərə düşən yoluxma halları da azalma meyli göstərir: 0–13 yaşlılar arasında 2007-ci ildə hər 100 min nəfərə 9,1 hadisə düşürdüsə, 2024-cü ildə bu göstərici 6,1-ə enib. 14–17 yaşlılarda isə 2007-ci ildə 33,3 olan göstərici 2024-cü ildə 24,4-ə düşüb. 

Bu rəqəmlər uşaqlar və yeniyetmələr arasında vərəmin hələ də aktual bir sağlamlıq problemi olaraq qaldığını, lakin son illərdə azalma meyli göstərdiyini ortaya qoyur.

Seçilən
24
1
news24.az

2Mənbələr