AZ

Ankarada Azərbaycan QHT-lərinin ictimai iştirakçılıq və nəzarət sahəsində təcrübəsi təqdim edilib

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin heyəti Türkiye Qadın Dərnərkləri Federasiyasında ictimai iştirakçılıq və nəzarət sahəsində ölkəmizin təcrübəsini, nailiyyətlərini təqdim edib.

QHT.az xəbər verir ki, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İB -in ekspert heyəti “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində Ankarada yerli QHT-lərlə müzakirələr aparıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Türkiye Qadın Dərnərkləri Federasiyasının rəhbəri Canan Güllü azərbaycanlı həmkarlarının səfəri haqqında məlumat verib. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İB sədri Səadət Bənənyarlı layihə haqqında və müzakirələrdən gözləntilərdən bəhs edib.

Layihə eksperti, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “İctimai iştirakçılıq və nəzarət: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ilkolaraq Azərbaycanda vətəndaş cəmiyyəti institutları, QHT-lərin yaranması və inkişafı tarixi diqqqətə çatdırılıb.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, “Nicat” Cəmiyyətinin və digər ictimai, xeyriyyə təşkilatlarının fəaliyyəti barədə məlumat verilib. Birinci Dünya Müharibəsində əsir düşmüş və Bakıya gətirilmiş türk əsgərlərinə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin dəstək veriməsi, onları himayəyə götürməsi, “Nicat” Cəmiyyətinin dəstəyi ilə Şərqdə ilk, “Leyli Məcnunun” operasının səhnələşdirilməsi tarixi örnəklər kimi vurğulanıb.

Müstəqillik illərində QHT sektorunun inkişafı, dövlət dəstəyi mexanizminin institusional və hüquqi əsasları, QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması, son illər aparılan islahatlar haqqında məlumat verilib. Hazırda QHT sektorunun inkişafı, beynəlxalq əlaqələrinin güclənməsi istiqamətində həyata keçirilən miqyaslı fəaliyyətlər və yeniliklərdən söz açılıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan Azərbaycan Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunun əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyevin ictimai nəzarət və iştirakçılığın əhəmiyyəti haqqında çağırışları, bu istiqamətdə Azəbaycanda dövlət siyasəti və formalaşmış təcrübə barədə ətraflı məlumat verilib. İctimai Şura institutu xüsusi maraq doğurub, “İctimai iştirkaçılıq haqqında” Qanun ətraflı təhlil edilib. Müsbət nümunələr təqdim edilib və Türkiyə praktikası ilə müqayisəli analiz olunub.

Layihə heyəti çoxsaylı sualları cavablandırıblar. Təcrübə səfərlərinin davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.

Seçilən
56
qht.az

1Mənbələr