AZ

Ukrayna dronları Rusiyanın neft emalı sisteminin 13 faizini sıradan çıxarıb - Qıtlıq və bahalaşma gözlənilir

Hurriyyet.az xəbər verir ki, Ukrayna dronları Rusiyanın neft emalı zavodlarının 13 faizini sıradan çıxarıb. "The Moscow Times" nəşrinin dərc elədiyi məlumata görə, avqust ayının 3 həftəsi ərzində Rusiyanın azı 4 ədəd böyük neft emalı zavodu işini dayandırıb. İtirilən gücün ümumi həcmi ildə 44 milyon tondur.

Avqustun 2-də “Rosneft”in 8,3 milyon ton gücündə olan Novokuibışevsk Neft Emalı Zavodu pilotsuz təyyarənin hücumundan sonra fəaliyyətini dayandırıb. Həmin gün “Rosneft”in Moskva vilayətini təchiz edən ən böyük zavodu olan Ryazan Neft Emalı Zavodu da emalının yarısını dayandırıb. Avqustun 11-də Saratov Neft Emalı Zavodu (5,8 milyon ton), avqustun 15-də Lukoil-in Volqoqrad Neft Emalı Zavodu (14,8 milyon ton) və Rosneft-in Samara Neft Emalı Zavodunun (8,5 milyon ton) istismarı dayandırılıb.

Nəticədə Rusiya neft sənayesi emal gücünün 13,5%-ni itirib. Ölkədə bu sahədə illik göstərici isə 328 milyon tondur.

Mütəxəssislər xəbərdarlıq edirlər: neft emalı gücü 13%-dən aşağı düşərsə, Rusiya yanacaq çatışmazlığı ilə üzləşə bilər. Sanksiyalar əksəriyyəti Qərb texnologiyası ilə modernləşdirilən neft emalı zavodlarının təmirini çətinləşdirir. Təmir həftələr çəkəcək və yeni zərbələr isə sistemli problemlərlə təhdid edir. Bazar buna artıq yanacağın qiymətini artırmaqla reaksiya verir.

Hürr Tərcüman

Seçilən
20
1
hurriyyet.az

2Mənbələr