AZ

Qadın geyimində ən çox tələbat hansı üslublaradır? AYDINLIQ GƏTİRİLDİ

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Qadın geyimində tələbat hər mövsüm dəyişsə də, son illərin ümumi istiqamətləri və ən çox tələb olunan kateqoriyalar dəyişməz olaraq qalır". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, casual üslubda – gündəlik geyimlərdə rahat və praktik paltarlar, məsələn, jeans, t-shirt, oversize köynəklər və sviterlər üstünlük təşkil edir: "Sporty-chic üslubu isə həm idman, həm də gündəlik geyim kimi geyinilə bilən kombinasiyalar təqdim edir və xüsusilə gənclər, aktiv həyat tərzi sürən qadınlar arasında böyük tələb görür.

Ofis və iş geyimlərinə də maraq pandemiyadan sonra yenidən artmaqdadır. Klassik üslub – kostyum, qələm ətək, sadə kofta – yenə aktualdır. Bununla yanaşı, həm iş, həm gündəlik həyat üçün uyğun olan “smart casual” üslubu da qadınlar tərəfindən çox seçilir.

Axşam və ziyafət geyimlərinə olan tələbat isə xüsusi tədbirlərdə sabit olaraq qalır. Kokteyl donları, ziyafət libasları və dəbli abiyələr toylarda, məclislərdə və digər tədbirlərdə hər zaman yüksək tələb görür.

İdman və athleisure üslubundakı geyimlər – fitness, yoga və gündəlik rahat kombinasiyalar – son illərdə populyarlığını daha da artırıb. Rahatlıq, elastiklik və dəbli görünüşün vəhdəti qadınların bu üsluba üstünlük verməsinə səbəb olur.

Hazırda ən çox tələbat casual, athleisure və ofis geyimlərinə yönəlib, çünki qadınların gündəlik həyatda ən çox ehtiyac duyduğu üslublar bunlardır. Bununla yanaşı, axşam geyimləri də xüsusi tədbirlər üçün öz sabit tələbini qoruyur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sia.az

2Mənbələr