AZ

Dönərdən kütləvi zəhərlənənlərin sayı 24-ə çatdı

Avqustun 20-də saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır: "Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

***09:37

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus "Almalı" kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

"Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir",- deyə əlavə edilib .

***07:54

"20.08.2025-ci il tarixində saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.

Zərərçəkənlər bunlardır:

- 1991-ci il təvəllüdlü V.Hüseynov,

- 2019-cu il təvəllüdlü D.Bayramlı,

- 2014-cü il təvəllüdlü X.Abbasova,

- 1987-ci il təvəllüdlü G.Babayeva,

- 2020-ci il təvəllüdlü Ö.Abbasov,

- 2011-ci il təvəllüdlü Ş.Babayeva,

- 2013-cü il təvəllüdlü Q.Babayev,

- 2016-ci il təvəllüdlü H.İsmayılov,

- 2022-ci il təvəllüdlü A.Hüseynova,

- 2005-ci il təvəllüdlü N.Nağıyeva,

- 2002-ci il təvəllüdlü A.Muradov,

- 2019-cu il təvəllüdlü S.İsmayılov,

- 1978-ci il təvəllüdlü E.Muradova,

- 2020-ci il təvəllüdlü A.Qurbanova,

- 1986-ci il təvəllüdlü G.İsmayılova,

- 1998-ci il təvəllüdlü A.Vəlizadə,

- 1996-ci il təvəllüdlü T.Süleymanova,

-1975-ci il təvəllüdlü R.Əhmədova,

- 1986-ci il təvəllüdlü G.Bayramlı,

- 1996-ci il təvəllüdlü N.Süleymanlı.

Seçilən
19
2
far.az

3Mənbələr