Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirlyindən məlumat verilib.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həmin gün axşam M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda Niyazinin xatirəsinə həsr olunan möhtəşəm konsert keçirilib.
Konserti rəsmilər, ictimaiyyət nümayəndələri və musiqisevərlər izləyiblər.
Əvvəlcə sənətşünas Leyla Quliyeva səhnəyə çıxaraq Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Sonra konsert proqramı təqdim olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova, solistlər Mirələm Mirələmov, Selcan Fermor Hesketh və Güllü Muradova çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.
Bütün musiqi nömrələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Konsertin məqsədi unudulmaz dirijor və bəstəkar Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.












8Mənbələr
-
publika.azMaestronun xatirəsinə həsr olunan konsert ( 20559171)
-
manset.azNiyazininxatirəsinə həsr olunan konsertdən FOTOLAR ( 20550609)
-
qafqazinfo.azMaestronun xatirəsinə həsr olunan konsert - Fotolar ( 20550090)
-
demokrat.azMaestro Niyazininxatirəsinə həsr olunan konsert keçirildi — FOTOLAR ( 20549724)
-
report.azFilarmoniyada Niyazinin xatirəsinə həsr olunmuş konserti keçirilib ( 20548950)
-
1news.azMaestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib - FOTO ( 20548851)
-
olay.azMaestro Niyazininxatirəsinə həsr olunan konsert keçirildi ( 20548743)
-
bakivaxti.azMaestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirildi FOTOLAR ( 20548734)