AZ

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə kəçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinın ətibarlı mühafizəsinin təmin ədilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
18
46
ikisahil.az

10Mənbələr