ABŞ-də Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən oyunda "İnter Mayami" öz meydanında Meksikanın "Tiqres" klubunu 2:1 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, Florida komandasının heyətində hər iki qolu Luis Suares vurub. O, hər iki cəhddə penalti zərbəsindən fərqlənib. Meksika təmsilçisinin yeganə qolunu Anxel Korrea vurub.
Turnirin yarımfinalında Amerika klubu "Toluka" (Meksika) – "Orlando Siti" (ABŞ) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, "İnter"in lideri Lionel Messi zədə səbəbindən bu oyunun iştirak ərizəsinə daxil edilməyib.