AZ

Qərbi Azərbaycanın irsini əks etdirən “Qoçdaş və Atdaş Abidələri” fotojurnalının təqdimatı keçirilib

“Qərbi Azərbaycanın qədim irsi - Qoçdaş və Atdaş abidələri” layihəsi çərçivəsində hazırlanan “Qoçdaş və Atdaş Abidələri” fotojurnalının təqdimatı olub.

"Report" xəbər verir ki, “İnnovativ Təşəbbüslər” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanan jurnalın təqdimat mərasimində tanınmış alimlər, tarixçilər, mədəni irs üzrə mütəxəssislər və ictimai fəallar iştirak edib.

İctimai Birliyin sədri Əşrəf Əhmədov fotojurnalın hazırlanma prosesi, onun elmi, tarixi və ictimai əhəmiyyəti barədə geniş məlumat veriib:

"Qoçdaş və atdaş abidələri yalnız qəbirüstü daş heykəllər deyil, həm də qədim türk dünyagörüşünün, qəhrəmanlıq fəlsəfəsinin və milli-mədəni kimliyin daşıyıcılarıdır. Əsas məqsəd abidələrin beynəlxalq səviyyədə tanıdılması və hüquqi müdafiəsini təmin etməkdir. Bu baxımdan, fotojurnal UNESCO və digər beynəlxalq təşkilatlar üçün təqdimat xarakteri daşıyır".

Həmçinin qeyd olunub ki, Azərbaycan bu abidələrin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etməli, qoçdaş və atdaş daş heykəlləri yalnız regional deyil, ümumtürk mədəniyyətinin və bəşəri irsin bir hissəsi kimi tanıdılmalıdır. Qoçdaş və atdaş abidələri təkcə bir xalqın deyil, bütöv türk sivilizasiyasının daş yaddaşı və bəşəri irsin bir hissəsidir.

Eyni zamanda bu fotojurnal yalnız tarixi irsin bərpası və təbliği üçün deyil, həm də Azərbaycanın beynəlxalq mədəniyyət məkanında təmsilçiliyinin gücləndirilməsi üçün mühüm addımdır.

Seçilən
13
5
report.az

6Mənbələr