Türkiyənin nüfuzlu “Hürriyet” qəzetində müəllif Hande Fıratın imzası ilə Qars-İğdır-Aralık-Dilucu (Naxçıvanla sərhəddə) dəmir yolu barədfə yazı dərc edib. Qəzet yazır ki. avqustun 22-də, cümə günü Türkiyənin şərqində bütün region üçün xüsusi əhəmiyyətə malik olan hadisə baş verəcək. Belə ki, 224 kilometr uzunluğunda Qars-İğdır-Aralık-Dilucu (Naxçıvanla sərhəddə) dəmir yolu xəttinin tikintisinin başlanması Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan tarixi addım olacaq. Bu xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yüklərin daşınmasına imkan verəcək. Məqalədə qeyd olunur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların bərpası layihəsi bütün dünyanın, o cümlədən ABŞ-ın diqqətini cəlb edir.
Qəzet vurğulayır ki, yeni dəhlizə təkcə Cənubi Qafqaz regionunun infrastrukturu və nəqliyyat-logistikasının inkişafı nöqteyi-nəzərindən baxmaq olmaz. Müəllif Hande Fırat qeyd edir:
Mətləb Salahov