AZ

“Ukrayna ərazilərinin işğalını qanuni olaraq tanımır” - Zelenski

“Ukrayna Rusiya ilə potensial ərazi mübadiləsi ilə bağlı bir sıra qırmızı xətləri keçməyə hazır deyil. Və hesab edir ki, düşmənin Donbası ələ keçirməsi daha dörd il çəkə bilər”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski a jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Ukraynanın nəyə hazır olması barədə danışmazdan əvvəl Moskvanın nəyə hazır olduğunu öyrənməliyik. 

Zelenski bildirib ki, Ukrayna heç bir müvəqqəti işğal olunmuş ərazinin işğalını qanuni olaraq tanımır.

“Mənim mövqeyim belədir”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
1
missiya.az

2Mənbələr