AZ

Tramp Avropa liderləri ilə görüşdən dərhal sonra Putinə zəng edib

ABŞ prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Avropa liderləri ilə görüşdən dərhal sonra Rusiya prezidenti Vladimir Putinə zəng vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti C.D. Vens "Fox News" telekanalına açıqlamasında bildirib.

Vensin sözlərinə görə, görüşün sonunda Tramp iştirakçılara “Mən indi Vladimir Putinə zəng edəcəyəm və onun fikrini öyrənəcəyəm” deyib.

Avropa nümayəndələri isə bu addımı gözləmədiklərini bildiriblər və zəngin daha sonra edilməsi təklifini irəli sürüblər.

Lakin Tramp onların etirazlarına məhəl qoymadan dərhal Moskvaya zəng edib.

Vens qeyd edib ki, bu qərar Avropa liderləri üçün tamamilə gözlənilməz olub.

Seçilən
13
operativmm.az

1Mənbələr