AZ

Elm və Təhsil Nazirliyi 3.8 milyonluq tenderi nazir müavininə məxsus olduğu deyilən şirkətə verdi

Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssisələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına texniki dəstək xidmətlərinə 3 811 813 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, tenderin qalibi “Azedunet” MMC-dir.

 

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və şirkət arasında müqavilə bağlanıb.

 

Qeyd: Nizamnamə kapitalı 6 340 000 AZN olan “Azedunet”in qanuni təmsilçisi Natiq Rza oğlu Yəhyayevdir. Hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi, ev 22, mənzil 49-dur. Yerli mediada dərc edilən məlumatlarda MMC-nin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədova məxsus olduği bildirilir. S.Məmmədov Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə 9 il (2008-2017-ci illər) rəhbərlik edib. Məsələ burasındadır ki, İdarənin 2024-cü il üzrə də keçirdiyi tenderin qalibi (4 268 001 AZN) “Azedunet” olub. MMC əvvəllər də nazirliyin milyonluq tenderlərini əldə edib.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Cabir

Tarix: 21 Avqust 2025, 10:42   
Seçilən
13
7
pravda.az

8Mənbələr